Axtarış metni

“Yezidi kürdlərin sıxışdırılması erməni xuntasının dəsti-xəttidir” – Ekspertlərdən açıqlama

“Yezidi kürdlərin sıxışdırılması erməni xuntasının dəsti-xəttidir”  – Ekspertlərdən açıqlama

Ermənistanın digər xalqlara qarşı dözümsülüyünün dəfələrlə şahidi olmuşuq. Bildiyimiz kimi, XX əsrin əvvəllərindən Ermənistanda yaşayan azərbaycanlılar və digər milli azlıqlar bir neçə mərhələdə deportasiya edilib. Mərkəzi hökumətin dəstəyi ilə 1948-1953-cü illərdə 144.654 azərbaycanlı zorla Ermənistandan Azərbaycana deportasiya edilib.

Məlumata görə, Ermənistanın təzyiqlərinə baxmayaraq, 1989-cu ilə qədər bu ölkədə 200 mindən çox azərbaycanlı yaşayıb. Nəhayət, 1989-cu ilin sonlarına qədər Ermənistanda yaşayan bütün azərbaycanlılar zorla deportasiya edilib. Ermənistanda yaşayan digər milli azlıqlar Ermənistan üçün təhdid olmasa da, hökumət milli azlıqlara, o cümlədən yezidi kürdlərinə təzyiq edir.

Təsadüfi deyil ki, Ermənistanda bütün sahələrdə, o cümlədən hərbidə də milli azlıqlar sıxışdırılır. Bir neçə gün öncə isə Ermənistan ordusunun milliyətcə yezidi kürd olan hərbi qulluqçusu xidmət yoldaşları tərəfindən döyülüb. Hadisə işğalçı ordunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş 6-cı alayın bölmələrindən birində baş verib.

İnsidentdə Volodya Hunayanın adı hallandığından faktla bağlı istintaq davam edir. Kürd əsilli hərbi qulluqçunun aldığı xəsarətlər barədə ekspertiza rəyi veriləcək. Hadisə ictimaiyyətdən gizlədilsədə hərbçinin ailəsi bundan xəbər tutub və əgər məsələ ört-basdır edilərsə, yuxarı instansiyalara şikayət edəcəklərini bildiriblər.

Yezidi kürdlərin Ermənistanda sıxışdırılması məsələsini Moon.az-a şərh edən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistan ümumiyyətlə irqçi, nasist nəzəriyyə ilə idarə olunanan dövlətdir: “Yəni düşüncə tərzinə görə, ermənilərin böyük əksəriyyəti faşist düşüncəsinin daşıyıcısıdır. Hətta yezidi kürdlərə qız vermirlər, onlardan qız almırlar.

Kürdlərin bütöv olmaması yezidi kürdlərinin vəziyyətini daha da çətinləşdirir. Yəni, onlar öz problemlərini İraq Kürdüstan rəhbərinə çatdıra bilmirlər ki, “ermənilərlə əməkdaşlıq etməyin, onlar bizə yuxarıdan aşağı baxır” və s. Dediyim kimi, Ermənistanda onlara münasibət irqçi, faşist nəzəriyyənin qüvvədə olduğunun ən bariz nümunəsidir.

Orduda da ən ağır işləri onlara gördürürlər. Ümumiyyətlə yezidi kürdləri Ermənistanın bütün təbəqələrində sıxışdırılırlar. Onlar üçün Ermənistanda rahat sahə yoxdur. Ermənistan Milli Məclisinin deputatları hətta Parlamentin iclasında yezidi kürdlərlə bağlı aşağılayıcı bəyanatlar verib, fikirlər səsləndirirlər. Düzdür, sonradan təkzib veriblər, amma fakt budur ki, ermənilərin düşüncəsi budur”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə Moon.az-a açıqlamasında bildirib ki, yezidi kürdlərinin Ermənistanda sıxışdırılması ilə bağlı məlumatlar doğrudur: “Bu da ermənilərə xas xüsusiyyətdir. Çünki ermənilər özlərindən başqa heç kimi istəmirlər. Bu tarixdən belə gəlib, əgər bir yerdə erməni varsa, onlar digər millətləri sıxışdırırlar. O ki, qaldı yezidi kürdlərinə, aprel hadisələrindən sonra erməni elçiləri gedib İraqda və Suriyada olan yezidi kürdlərinə müraciət etmişdilər. Bildiyimiz kimi, əsas Mosula yaxın ərazidə onların iqamətgahı var. Qarabağda bilirsiz ki, aprel hadisələrindən sonra müharibənin hər an başlayacağından qorxan bəzi ermənilər çıxıb getmişdilər. Həm təsərrüfatı böyüdə bilmirdilər, çünki bilmirlər onları orada nə gözləyir, həm də əminlik olmadığı üçün oranı tərk edirdilər. Hətta biz bilirik ki, cəbhə bölgəsində, təmas xəttinə yaxın yaşayış məntəqələrində gecə postlarda dayanmaq üçün əsgər çatışmayanda, pul qarşılığında oradakı əhalidən istifadə olunur.

Aprel hadisələrindən sonra bu böyük bir problemə çevrilib. Problemin biri odur ki, aprel hadisələrindən sonra Ermənistanda olan valideynlər övladlarını hərbi xidmətə göndərməkdən imtina etdilər. Digər bir problem isə odur ki, təmas xəttinə yaxın yerlərdə yaşayan ermənilər çıxıb getməli oldu. O boşluğu doldurmaq üçün erməni elçiləri o zaman qaçqın problemi ilə üzləşən Avropa, o cümlədən Yaxın Şərq, Suriya və İraqda olan yezidi kürdləri Qarabağa yerləşdirmək üçün müraciət etdilər və yerləşdirdilər. Indi isə yezidi kürdlərin sıxışdırılması problemi ortaya çıxıb. Ona görə ki, yezidi kürdlər Avropa ölkələrində olan qaçqınlar kimi başqa şeylər gözləyirdilər. Yəni müəyyən qanunların olduğu, müəyyən imtiyazların verilən qaçqın əhali birdən-birə gəlib düşüb Qarabağa. Onlar əvvəl bilmirdilər Qarabağ nədir, haradır. Öz əhalisinin sosial problemlərini həll edə bilməyən Ermənistanda təbii ki, yeni gələn qaçqınların sosial problemlərini lazımi formada həll edə bilmədilər, verilən vədlər yerinə yetirilmədi.

Günay Elşadqızı / METBUAT.AZ

“Onların məqsədi yalnız şəxsi ambisiyalarıdır” – Millət vəkilləri

© moon.az 2014 - 2015
MobTop.az